Bakının Xətai rayonunda ev yanıb

Bakının Xətai rayonunda ev yanıb

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 100 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə və oradan keçən 2 p.m elektrik naqilləri yanıb.
SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaxınlıqda olan digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə