Müasir “kölə sahibləri” həbs edilib

Rusiyanın hüquq-mühafizə orqanları Moskva ətrafında “kölə sahibləri” olan iki dostu saxlayıb. Onlar zor tətbiq etməklə evsiz insanları sədəqə toplamağa məcbur edirmişlər. Evsiz insanların “qazancı” isə bir qarın yemək və qalmaq üçün sığınacaqdan ibarət imiş.

SİA bu barədə rus mətbuatına istinad edir.

Maraqlıdır ki, müasir “kölə sahibləri” dilənməyə göndərdikləri adamlar üçün xüsusi bir mikroavtobus da sifariş veribmişlər. Belə ki, mikroavtobus hər gün qrafikə uyğun olaraq, səhər saatlarında dilənçiləri Moskva yaxınlığındakı Podolsk şəhərinin ayrı-ayrı yerlərində düşürüb, gecələr onları yenidən qaldıqları sığınacaqlara gətirirmiş. Dilənçilərin gün ərzində diləndikləri də iki dostun cibinə axırmış.

Qeyd edilir ki, dostların fəal “təşkilatcılığı” sayəsində “dilənçilər ordusu”nun sayı günü-gündən artırmış. Bundan əlavə, dostlar “dilənçilər ordusu”na qəbulda üstünlüyü daha çox şikəst olanlara verirmişlər. Çünki şikəstlər insanda mərhəmət hissini daha tez oyadırdılar.

Maraqlıdır ki, “dilənçilər ordusu”nun üzvləri qorxudan qaçmağa belə cəhd etmirmişlər. Çünki dostlar onları elə qorxudurmuşlar ki, onlar qaçmağı xəyalların belə gətirmirmişlər. Lakin dilənçilərdən yaşlı bir kişi özündə cəsarət taparaq qaçıb yerli polisə şikayət edə bilib.

Hazırda Podolsk şəhərinin iki sakini kölə əməyindən istifadə ittihamı ilə mühakimə olunurlar.

Burada maraqlı bir məqam bilirsiz nədir, köləlikdən azad edilmiş evsizlərin bundan sonra sədəqə diləməyə davam edib-etməsi. Əslində buna artıq onların özləri də zəmanət vermirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...