Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən P.İsayeva saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən P.İsayeva Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8,5 qramdan artıq heroin aşkar edilib. Davam edilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 635 qramdan artıq heroin, 23 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB