Keçmiş məhkum 3 avtomobildən oğurluq etdi

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Q.Sadıqov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-dan oktyabrın 9-dək olan müddətdə Gəncə şəhəri ərazisindəki evlərdən birinin damından su mühərriki, 3 avtomobildən isə pul, akkumulyator, maqnitofon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Sadıqov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə