Göyçay şəhər sakini R.Maqsudova məxsus nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən H.Kərimov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Göyçay RPŞ-yə müraciət edən şəhər sakini R.Maqsudov oktyabrın 25-də şəhər ərazisindən “VAZ-21011” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay şəhər sakini H.Kərimov müəyyən edilərək avtomobillə birgə saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə