Tovuzda 77 yaşlı kişi elektrik cərəyanı vurması səbəbindən ölüb

Tovuzda 77 yaşlı kişi elektrik cərəyanı vurması səbəbindən ölüb

Tovuzda bədbəxt hadisə baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində baş verib.

1948-ci il təvəllüdlü Sabir Ələkbərov evdə elektrik işləri görən zaman onu cərəyan vurub. Yaşlı kişi xəstəxanaya aparılırkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə