Sabirabadda yeniyetmənin meyiti Kür çayından çıxarıldı

Sabirabadda yeniyetmənin meyiti Kür çayından çıxarıldı

Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Məmmədli Emil Fərzi oğlunun axtarışları başa çatıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, E.Məmmədlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə