Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hacıqabul şəhər sakini A.Ağarəhimov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Hacıqabul RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağarəhimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 380 qram marixuana aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə