Mobil telefonları gizlədərək keçirməyə cəhd etdi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21074" markalı minik nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük yoxlaması zamanı vətəndaşın üzərində 3 ədəd "Redmi Note 8 Pro" və 2 ədəd "Redmi Note 8" markalı mobil telefonlar aşkarlanıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə