"Şirvan" yük gəmisində yanğın baş verib: 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb
Ötən gecə Xəzər dənizinin Bakıdakı Şıxlar sahilində təmirə dayanan gəmidə partlayış baş verib. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyindən SİA-ya verilən məlumata görə, hadisə "Şirvan" yük gəmisində qeydə alınıb. Gəmidə qaynaq işləri aparılan zaman əvvəlcə yanğın, ardınca isə partlayış olub. Hadisə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.
Həlak olan fəhlə Qarayev Raqif Yurka oğludur. Xəsarət alanlar isə qaynaqçı Yurka Qarayev və gəminin mühəndisi Şaiq Mirzəyev.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB