Ötən günün kriminal hadisələri

Ötən günün kriminal hadisələri

Fevralın 11-də M.Qaşqay küçəsində Şəki şəhər sakini Murad Əliquliyev Bakı şəhər sakini Leyla Süleymanovaya məxsus "Mitsubişi-Pajero" markalı avtomobildən oğurluq etmək istəyərkən Nəsimi RPİ CAŞ, 21 və 22-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırma nəticəsində müəyyən olunub ki, M.Əliquliyev fevralın 10-da B.Səfəroğlu küçəsində Bakı şəhər sakini Əhməd Osmanova məxsus "VAZ-2107" markalı avtomobildən açıq qapıdan keçmə yolu ilə noutbuk oğurlayıb.

Fevralın 10-da 28 May qəsəbəsi yeni tikilidə yaşayan Qönçə Malıyevanın mənzilindən qıfılı sındırma yolu ilə 160 manat və qızıl-zinət əşyaları oğurlanıb. Binəqədi RPİ 40-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Müşviqabad qəsəbə sakini Rafiz İbrahimov fevralın 11-i yaxalanıb.

Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Azad İsmayılovdan 300,04 qram narkotik vasitə olan marixuana və 20,038 qram heroin aşkar edilərək götürülüb.

Yanvarın 28-də Bakı şəhər sakini Tahir Muxtarova məxsus Azadlıq prospektində yerləşən mağazadan açar seçmə yolu ilə 4 ədəd televizor, 3 ədəd oyun aparatı və 1 ədəd DVD oğurlanıb. Nəsimi RPİ 21-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bərdə rayon sakini Azər Məmmədov və Bakı şəhər sakini Tural Əhmədov fevralın 11-də yaxalanıblar.

Yasamal RPİ 26-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsilə axtarışda olan Rəşad Rəhimov fevralın 11-də tutulub.

Yasamal RPİ 26-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə axtarışda olan Rauf Zülfiqarov fevralın 11-də tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə