Astara sakini həmyerlisi tərəfindən qətlə yetirilib

Astara sakini həmyerlisi tərəfindən qətlə yetirilib

Ötən axşam saat 17:00 radələrində Astara şəhərində qətl hadisəsi baş verib. İki qardaş birləşərək bir nəfərin həyatına son qoyub. Rayon Prokurorluğundan SİA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə Astara şəhərinin Veteranlar Evinin yaxınlığında törədilib. Astara şəhər sakini, 23 yaşlı Feyziyev Ceyhun Firudun oğlu və qardaşı 30 yaşlı Feyziyev Fəqan Firudun oğlu ilə, şəhərin S.Vurğun küçəsi ev 1a, mənzil 27-də yaşayan 26 yaşlı Məmmədov Fərid Feyruz oğlu arasında münaqişə yaranıb. Münaqişə zamanı qardaşlardan biri, 23 yaşlı Ceyhun Feyziyev bıçaqla 26 yaşlı Fərid Məmmədova ağır bədən xəsarəti yetirib. Yaralı Astara rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən keçinib.

Astara rayon prokurorunun səlahiyyətlərini icra edən Ramiz Nəbiyevin verdiyi məlumata görə, qətl hadisəsi şəxsi münasibətlər zəminində başlanan münaqişə nəticəsində yaranıb. Qətli törətməkdə təqsirli bilinən Ceyhun Feyziyev rayon hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Astara rayon prokurorluğunda.CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisə ilə bağlı istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə