Samuxda ər arvadını döyərək öldürüb

Samuxda ər arvadını döyərək öldürüb

Samuxda qətl hadisəsi törədilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində baş verib. Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.

Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var. A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb. Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə