Tayvanda baş verən güclü zəlzələ nəticəsində ən azı 4 nəfər ölüb, 225 nəfər yaralanıb, 145 nəfər itkin düşüb. SİA-nın xəbərinə görə, bu barədə Tayvanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələ zonasında ən azı 104 təkrar yeraltı təkanlar qeydə alınıb. 5.4 və 5.2 bal gücündə güclü afterşok qeydə alınıb. Yeraltı təkanlar binalara, 11 mərtəbəli Marşal Otelinə və digərlərinə ciddi ziyan vurub. Hadisə yerində xilasedicilər itlərlə birgə çalışırlar. Hadisə ərazisində 2 körpü və yolllara da təsir edib. Bir neçə rayonun elektrik enerjisi kəsilib. Dağıntılar nəqliyyatın hərəkətinə maneə yaradıb.
Hökumətin qərarı ilə ərazidə məktəv və ofislərin fəaliyyəti dayandırılıb. Ərazidə seysmik aktivlik davam edir. Gecə 5.4 bal gücündə 10-larla yeraltı təkan qeydə alınıb.
Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən gün axşam saatlarında Tayvanda 6 bal gücündə, 10 kilometr dərinliyində zəlzələ olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB