Gəncə sakini dəm qazından zəhərlənib

Gəncə sakini dəm qazından zəhərlənib

Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Aytən Alıpaşayeva dəm qazından zəhərlənib. SİA-nın bölgə müxbiri xəbər verir ki, qadın hamam otağında huşunu itirib. O, yaxınlarının köməyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə