Zooparkda gəzən turistə ayı hücum edib DƏHŞƏT-FOTO

Zooparkda gəzən turistə ayı hücum edib DƏHŞƏT-FOTO

Taylandda yaşanan dəhşətli hadisə şahidləri qorxudub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, heyvanlar aləmini ziyarətə gələn 36 yaşlı turist orada saxlanılan ayının önünə bir qabda düyü qoyub. Ayının düyünü yeməsinə imkan verməyən turist yeməyi irəli-geri tərpədərək, ayı ilə oynamağa cəhd göstərib. Bundan qəzəblənən ayı dəhşətli anların yaşanmasına səbəb olub.

Naiphum Promrateeni ətrafdakıların gözü önündə uzun müddət didikləyən ayı, turistin bədəninin bəzi hissələrini dişindən keçirib. İnsanlar taxtlarla hücum edib ayını sakitləşdirməyə çalışsalar da, bu heç bir nəticə verməyib. Sonda məsul şəxslər tərəfində qəfəsə salınan ayının pəncələri arasından xilas edilən turist təcili xəstəxanaya göndərilib. Həkimlər cavan adamın sağ qalmasını möcüzə kimi qiymətləndirir.

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com