Bakıda avtomobil piyadanı vurub

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, avqustun 30-da saat 01:00 radələrində Nəsimi rayonunun 3-cü Alatava yaşayış sahəsində Bakı şəhər sakini Etibar İsgəndərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Göygöl rayon sakini Fariz Hüseynovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə