Bakı-Quba magistral avtomobil yolunda ağır qəza baş verib

Bakı-Quba magistral avtomobil yolunda ağır qəza baş verib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 101-ci km, Siyəzən rayonu ərazisində "Changan" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər "Changan" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1 nəfər yaralı və 2 nəfərin cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 09:00-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə