FHN azyaşlını xilas etdi

Bakıda azyaşlı köməksiz vəziyyətdə qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və uşağı aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:10-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə