Bakıda oğurluq etdiyinə görə tutulan şəxsin ödəmə terminallarından oğurluq etməsi müəyyən edilib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, saxlanılan Elimxan Alıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 21-də Qasım Tağıyevə məxsus mağazada quraşdırılmış "E-manat" terminalından, mayın 20-də Hövsan qəsəbəsində quraşdırılmış "Milli Ön" ödəmə terminalından pul, habelə iyulun 27-də Rövşən İmanova məxsus mağazadan 200 manat və orada quraşdırılmış "Milli Ön" terminalını oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB