Azərbaycanda üç nəfər suda boğularaq ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Goranboy rayon sakini Elnur Yusifov ehtiyatsızlığı nəticəsində Yevlax rayonunun Aran qəsəbəsindəki Yuxarı Qarabağ kanalına yıxılıb. Onun meyiti sudan çıxarılıb.

Salyan rayonunun Boranıkənd kənd sakini, azyaşlı Lazım Rzayev ehtiyatzılığından Akkuşa çayına düşərək boğulub. Onun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Şəki rayon sakini Tehran Rəfiyev Sumqayıt şəhərinin dəniz çimərliyində çimərkən suda boğulub.

Faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə