3 ha sahədə meşə zolağı yanıb

3 ha sahədə meşə zolağı yanıb

Yardımlıda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Yardımlı rayonu, Gendərə kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ərazidə 3 ha sahədə meşə zolağı yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə