45 yaşlı şəxs bıçaqlandı

Tovuzda bir nəfər bıçaqlanıb. Hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə, kənd sakini 45 yaşlı Fariz Əhmədov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər Fariz Əhmədova qarının kəsilmi- deşilmiş diaqnozu qoyub və yaralı dərhal əməliyyat edilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsindən araşdırma aparılır. İlkin məlumata görə Fariz Əhmədovu Röyal adlı şəxs bıçaqlayıb.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə