İraqın keçmiş daxili işlər naziri iyunun 5-də həbsxanada ölən Tarix Əzizin meyiti Bağdad aeroportuna aparılarkən, yolda itib. SİA xəbər verir ki, bu barədə "Rossiya 24" telekanalı məlumat yayıb. Lakin daha sonra sabiq nazir tapılaraq, geri qaytarılıb. Qeyd olunur ki, Tarix Əzizin nəşi silahlılar tərəfindən oğurlanıb.
İraqın ali məhkəmə şurası isə Tarix Əzizin nəşinin dəfn olunması üçün İordaniyaya aparılmasına icazə verib. Şahidlər isə bildirirlər ki, Tarix Əzizin meyiti İraq Daxili İşlər Nazirliyinin hava limanının ərazisinə daxil olan avtomobildəki insanlar tərəfindən götürülüb. Onlar yükdaşıma məntəqəsinə daxil olaraq, sabiq nazirin nəşinin olduğu konteyneri götürüb, naməlum istiqamətə gediblər. Aeroportun isə heç bir səlahiyyətlisi və güc strukturları bunun qarşısını almağa təşəbbüs belə göstərməyib.
Xatırladaq ki, Tarix Əziz bir həftə öncə, 79 yaşında İraq türməsində ürək çatışmazlığı səbəbindən vəfat edib. ABŞ-ın 2010-cu ildə İraqa müdaxiləsi zamanı isə o, amerikalı əsgərlərə təslim olaraq, həbsxanaya düşüb. Məhkəmə ona ölüm hökmü çıxarsa da, İraqın prezidenti Cəlal Tələbani bu qərarı imzalamayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB