Cibgirliyin "axırı"

Bakıda cibgir tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik yolu ilə oğurluq cinayətlərində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Ağababa Cambulad oğlu Cavadov müəyyən olunaraq tutulub.

Şübhəli şəxsin üzərindən 6,37 qram həşiş qətranı aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə