Bakıda ev yandı 1 nəfər zəhərlənib

Sabunçuda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 45 kv.m olan iki otaqlı mənzildə yanğın olub. Hadisə zamanı mətbəxdəki mebellərə ziyan dəyib. Həmçinin, evdə 1 nəfər tüstüdən zəhərlənib.

FHN-nin yanğınsöndürənləri həmin şəxsi xilas edərək Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

Evin qalan hissəsi isə yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...