60 min manatlıq cinayət

Bakıda şirkətə basqın edilib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Koroğlu Rəhimov küçəsində yerləşən "Gilan Aqro" MMC-yə məxsus ofisə 2 nəfər maskalı şəxs basqın edib. Onlar 1957-ci il təvəllüdlü mühafizəçi İntiqam Axundova zor tətbiq etməklə, əllərini skoçla bağlayıb.

Həmin şəxslər mühasibat otağından içərisində 60 min manat, 4180 ABŞ dolları olan dəmir seyfi aparıblar.

Hadisədən sonra dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nərimanov rayon Polis İdarəsi və 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən 1981-ci il təvəllüdlü Elnur Məmmədov tutulub.

Cinayətdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə