Növbəti ana və uşaq ölümü

Azərbaycanda növbəti dəfə ana və uşaq ölümü baş verib. SİA-nın məlumatına görə, hadisə Quba Regional Perinatal Mərkəzində qeydə alınıb. 21 yaşlı Quba rayon II Nügədi kənd sakini, Mövsümova Qızxanım Rahim qızı mayın 21-də doğuş üçün mərkəzə yerləşdirilib. Qaynanası Dilbər Qayıbovanın sözlərinə görə, həkimlər ona uşağın qeysəriyyə yolu ilə dünyaya gətiriləcəyini deyiblər. Bunun üçün hətta onlardan 500 manat pul da alıblar.

Dilbər Qayıbova bildirib ki, əməliyyatdan 3 gün əvvəl gəlininə iynə vurulub. İynədən sonra uşaq ana bətnində ölüb. İki gün sonra isə vəziyyəti ağırlaşan ananın da həyatını xilas etmək mümkün olmayıb. Yaxınları ananın və uşağın ölümünə görə, həkimləri günahlandırır.

Qeyd edək ki, faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə