4 nəfər qidadan zəhərlənib

Bakıda tikintidə işləyən 4 qadın qidadan zəhərlənib. SİA Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, aprelin 23-də Nəsimi rayonu ərazisindəki tikintidə işləyənlər - Bakı şəhər sakinləri Təranə İsgəndərova, Arzu Hüseynova, Yelena Yakubova və Nataliya Lazerova qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Onlara ilkin tibbi yardım göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə