Minik maşını ilə traktor toqquşdu

Minik maşını ilə traktor toqquşdu

Ağcabədidə ağır yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, ot daşıyan traktorla minik avtomobili toqquşub. Qəzada "Niva" markalı avtomobil tamamilə yararsız vəziyyətə düşüb, traktor isə aşıb. Hadisə zamanı traktorun və minik avtomobilinin sürücüləri eyni zamanda sərnişini xəsarət alıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər 3 yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Qəzanın dəqiq səbəbləri bilinmir.

Qeyd edək ki, faktla bağlı rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə