Beyləqan rayonunda dəhşətli cinayət hadisəsi törədilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayon sakini 1978-ci il təvəllüdlü Tünzalə Nuriyeva öz qaynı Füzuli Məmmədov tərəfindən baltalanıb. Hadisə torpaq üstündə baş verib. Aralarındakı pay torpağını bölüşdürə bilməyən yaxın qohumlar sonda qan töküblər. Füzuli Məmmədov əlindəki balta ilə öz qardaşı arvadına 5 dəfə bədənin müxtəlif yerlərindən zərbə endirib. Yaralı ağır vəziyyətdə Beyləqan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.
Qeyd edək ki, faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB