Suriyanın paytaxtı Dəməşqdə növbəti partlayış törədilib. SİA-nın məlumatına görə, şəhərin Bərzə adlanan şimal rayonunda yanacaq-doldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 11 nəfər ölüb, 40-dan çox adam da yaralanıb.
Son vaxtlar Suriyada yanacaq qıtlığı müşahidə edildiyindən, partlayış vaxtı yanacaq-doldurma məntəqəsində uzun növbə olub.
Partlayıcı qurğunun məntəqədə park edilmiş avtomobillərdən birində yerləşdirildiyi ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB