Ötən gün bir neçə oğru həbs edilib

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün metronun Nərimanov stansiyasının keçidində Bakı şəhər sakini Camal Nuriyevə məxsus köşkdən 24 ədəd lotereya oğurladığı üçün Novruz Əhmədov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.


Ötən gün həmçinin Şüvəlan qəsəbəsi A.İldırım küçəsində yerləşən Xəzər rayon Məşğulluq İdarəsində orada işləyən Bakı şəhər sakini Güdşən Xudatovun əl çantasından 101 manat oğurlayan Şaiq Bünyadov Xəzər rayon Polis İdarəsindən 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.


Bununla yanaşı 191 saylı xətt avtobusunda Beyləqan rayon sakini Aytəkin Tapdıqovanın mobil telefonu oğurlanıb. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elgün Fərzəliyev ötən gün yaxalanıb.


Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Rza Rzayev həbs olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...