Dünən günorta saatlarında Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Quba rayon mərkəzi bazarındakı mağazaların birində 32 yaşlı Söhüb kənd sakini Əvəz Xələfov bıçaqlanıb. Əvəz Xələfovun qardaşı Ruslan Xələfovun dediyinə görə, bir nəfər əlində bıçaqla mağazaya daxil olaraq Əvəz Xələfova 4 bıçaq zərbəsi vurub və ərazidən uzaqlaşıb. Bıçağı isə dükanın qarşısına atıb.

Yaralı şahidlərin köməyi ilə Quba Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Əvəz Xələfov qarın, bel və qabırğaların alt hissəsindən kəsilmiş-deşilmiş yaralar alıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

İlkin araşdırmalara görə, Əvəz Xələfovu onun keçmiş qaynı Quba rayon Rük kənd sakini Rüstəm adlı şəxsin bıçaqladığı bildirilir. Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxsin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...