Avtoşluq edən şəxs polisi vuraraq hadisə yerindən qaçıb

Şirvanda avtoşluq edən sərxoş sürücü polisi vuraraq hadisə yerindən qaçıb. Bu zaman idarə etdiyi avtomaşını hasara çırpıb və yenidən hadisə yerindən qaçıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Şirvan şəhəri Gülbala Şıxbala oğlu küçəsində baş verib.

Şirvan şəhər sakini Etibar Hüseyinov və tanışları Namiq Həziyev və Ramil Hüseynovla birlikdə idarə etdiyi avtomobillə ziq-zaq hərəkətləri etdikdən sonra avtomaşının maqnitafonunu gur səslə oxudaraq avtoxuliqanlıq etməyə başlayıblar. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları Teymur Həsənov və Əkbər Cəfərov onlara yaxınlaşaraq hərəkətlərinə son qoymağı tələb ediblər. Lakin polisin tələblərinə əhəmiyyət verməyən sürücü Etibar Həbibov polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçıb. Polis əməkdaşlarından Teymur Həsənov ağır kəllə beyin travması alaraq Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, onun vəziyyəti ağır olduğundan paytaxt Bakı şəhərinə aparılıb.


Cinayəti törədən şəxslər barəsində Şirvan şəhər Polis şöbəsinin istintaq bölməsində cinayyət işi açılaraq araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə