Mahaçqalada törədilən 3 terrorda 13 adam ölüb

Mahaçqalada bu gün səhər avtomobil partlayıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış Akuşinsk küçəsində olub və xəsarət alan avtomobilin sürücüsüdür. Xatırladaq ki, bir neçə gün öncə Dağıstanın paytaxında ikiqat terror partlayışı olmuşdu və hadisə zamanı 13 adam ölmüş, 100 adam xəsarət almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə