Xəncərlə qohumunu qətlə yetirdi

Xəncərlə qohumunu qətlə yetirdi

Xaçmaz rayonunda qətl hadisəsi baş verib. Rayon prokurorunun böyük köməkçisi Əlibaba Şahverənovun SİA-nın Şimal bürosuna verdiyi məlumata görə, Xaçmaz rayon Ağarəhimoba kənd sakini, 1993-cü il təvəllüdlü Kənan Telman oğlu Musayev Xaçmaz rayon Qımılqışlaq kənd sakini 1988-ci il təvəllüdlü Nail Nəriman oğlu Heydərovu qətlə yetirib.


Məlumata görə, hadisə ailədaxili münaqişə zəminində baş verib. Belə ki, Kənan Musayev Nail Heydərovun həyat yoldaşının qohumu olub. Onlar arasında mübahisə düşüb. Kənan Musayev evdən götürdüyü xəncərlə Nail Heydərova 5 zərbə vurub və onu qətlə yetirib.


Qeyd edək ki, faktla bağlı Xaçmaz rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.


Emin Kərimov


Bütün xəbərlər Facebook səhifəmizdə