Bakıda ticarət mərkəzində külli miqdarda qızıl və pul olan seyfi oğurlayanlar həbs olunub

Bakıda ticarət mərkəzində külli miqdarda qızıl və pul olan seyfi oğurlayanlar həbs olunub

Ticarət mərkəzində külli miqdarda qızıl və pul olan seyfi oğurlayanlar həbs olunub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də \"Life Centre\" ticarət mərkəzində Bakı şəhər sakini İsgəndər Məcidova məxsus mağazadan içərisində 32.000 dollar pul, brilyant və qızıl-zinət əşyaları olan seyfi oğurlamış şəhər sakinləri Məlik Məlikov, Səbuhi Məmmədov və Vasif İsmayılov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə