Şirvan şəhərində nəqliyyat hadisəsi baş verib

Şirvan şəhərində nəqliyyat hadisəsi baş verib

Şirvan şəhərində nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, bu gün saat 16:00 radələrində Şirvan şəhərinin M. Rəsulzadə prospektində 2 minik avtomabili toqquşub. Şirvan Şəhər Polis Şöbəsinin DYP bölməsinin təhqiqatçısı Muxtarov Mehdinin verdiyi məlumata görə, Şirvan sakini 1978-ci il təvəllüdlü İmanov Rövşən Arif oğlu idarə etdiyi VAZ 2107 markalı maşınla hərəkətdə olarkən qarşısında gedən sürücü 1955-ci il təvəllüdlü Şirvan sakini Mədətov Nəbi İbrahim oğlu idarə etdiyi "Mercedes" markalı 90 EN 918 nömrəli maşınla dönmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün toqquşma nəticəsində qəza baş verib.

Nəticədə sürücülərdən xəsarət alan olmasa da avtomabillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə