Beyləqanda 14 şagird qidadan zəhərlənib, araşdırma aparılır

Beyləqanda 14 şagird qidadan zəhərlənib, araşdırma aparılır

Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) 09.10.2026-cı il tarixində saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara ilkin tibbi xidmət göstərilib: "Hazırda müalicələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir".

Qeyd edək ki, iddialara görə şagirdlər Texnalogiya dərsi zamanı hazırlaqları "Hamburger"i yedikdən sonra zəhərləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə