Qazax rayon Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü, Sadıqov Tamerlan Mustafa oğlu martın 20-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, itkin düşən şəxsin əlamətləri belədir: boyu 165 santimetr, buğdayı saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qara rəngli gödəkcə olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 022-295-14-97 şəhər və 055-816-04-37, 070-996-35-35 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə