Bayram günü spirtli içkidən zəhərlənib öldü

Beyləqanda spirtli içkidən zəhərlənən şəxs ölüb. Bu barədə SİA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. “Martın 20-də saat 15:00-da zəhərlənmə şübhəsi ilə 1967-ci il təvəllüdlü (kişi cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş spirtin toksik təsiri diaqnozu təyin edilib və reanimasiya tədbirləri görülüb. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 16:20-də ölüm faktı qeydə alınıb”, - məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə