Rəssam Nağdəli Xəlilov vəfat edib. SİA xəbər verir ki, bu barədə "Xəzər" Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə məlumat verib. Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Ermənistanın Masis rayonunda (Qəmərli) anadan olub. O, 1972-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1980-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. Nağdəli Xəlilov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə