Sumqayıt şəhərində avtobusun dörd gün əvvəl vurduğu 76 yaşlı qadın xəstəxanada ölüb. SİA xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Yolu keçmək istəyən piyada, 1949-cu il təvəllüdlü Həsənova Səringül Hüseyn qızını “İsuzu” markalı avtobus vurub.
Piyada xəstəxanaya çatdırılsa da, o, martın 14-də səhər saatlarında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə