Avtobusun vurduğu 76 yaşlı qadın xəstəxanada ölüb

14 Mart 2025 12:05 (UTC+04:00)

Sumqayıt şəhərində avtobusun dörd gün əvvəl vurduğu 76 yaşlı qadın xəstəxanada ölüb. SİA xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Yolu keçmək istəyən piyada, 1949-cu il təvəllüdlü Həsənova Səringül Hüseyn qızını “İsuzu” markalı avtobus vurub.

Piyada xəstəxanaya çatdırılsa da, o, martın 14-də səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.