Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni parklanma məntəqələri yaradıb. SİA bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, yenidənqurma işləri çərçivəsində paytaxtın İsmayıl bəy Qutqaşınlı və Rixard Zorge küçələrində 6 yeni ödənişli parklanma məntəqəsi istifadəyə verilib.
Qarabağ küçəsində parklanma sahəsinə 2 məlumatverici yol nişanı əlavə edilib.
Parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə