Oğuzda narkotiklərlə əlaqəli 2 nəfər saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, onlardan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə