Bakıda yataqxanada yanğın söndürülüb - YENİLƏNİB - FOTOLAR

Bakıda yataqxanada yanğın söndürülüb - YENİLƏNİB - FOTOLAR

Bakıda yataqxanada baş verən yanğın söndürülüb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən binada yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli binanın birinci mərtəbəsində, ilkin hesablamaya əsasən, mənzildə 12kv.m sahədə otaq əşyaları və 24p.m elektrik naqilləri yanıb. Digər mənzillər yanğından mühafiə olunub.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 45 nəfər bina sakini təxliyə edilib.

TƏBİB-dən bildirilib ki, aprelin 6-da saat 09:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, Ceyhun Hacıbəyli 151 ünvanında, Xarici Dillər Universitetinin yataqxanasında yanğın baş verməsi səbəbi ilə çağırış daxil olub.

Hadisə yerinə dərhal 9 təcili yardım briqadası cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə