Masazırda ev əşyaları ilə birgə yanıb külə döndü

Masazırda ev əşyaları ilə birgə yanıb külə döndü

Abşeron rayonunda yanğın hadisəsi baş verib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə