Suraxanıda qəza baş verib, piyada ölüb

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. SİA xəbər verir ki, Fətullayev Orxan Azad oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə Koroğlu metrostansiyası

istiqamətindən aeroport istiqamətində hərəkətdə olan zaman Bülbülə qəsəbəsində yerləşən "Buta Palace" şadlıq sarayının qarşısında idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə 1964-cü il təvəllüdlü Əliyev Elşən Əli oğluna müxtəlif dərəcəi bədən xəsarətləri yetirib. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə